Maşının təkəri partladı, qəza oldu - Ölən var

Ələt-Astara avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Maşının təkəri partladı, qəza oldu - Ölən var
Ələt-Astara avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com oxuya istinadla xəbər verir ki, qəza yolun 157-ci kilometrliyində qeydə alınıb.

Lənkəran rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olan minik avtomobilinin təkərinin qəfil partlaması qəzaya səbəb olub.

Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıblar.