Mask Argentinanın yeni prezidentindən nə istəyib?

Amerikalı milyarder İlon Mask Argentina litiumunu almaqda maraqlıdır.

Mask Argentinanın yeni prezidentindən nə istəyib?
Amerikalı milyarder İlon Mask Argentina litiumunu almaqda maraqlıdır.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu Argentinanın yeni Prezidenti Xavyer Miley deyib.

"Mask mənə zəng vurdu. O, litiumla çox maraqlanır. Eləcə də ABŞ və digər amerikalı şirkətlər də çox maraqlıdırlar bu məsələdə", - Miley bildirib.

Argentina prezidenti onu da əlavə edib ki, xarici biznesmenlər yerli siyasətçilər tərəfindən soyulmaq riski səbəbindən ölkəyə investisiya qoymaqdan qorxurlar.