Mask USAID-i cinayətkar təşkilat adlandırdı
Amerikalı milyarder, Tesla, SpaceX və X sosial şəbəkəsinin sahibi İlon Mask USAID-i cinayətkar təşkilat adlandırıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, o, bu barədə özünün "X"dəki səhifəsində yazıb.
"USAID cinayətkar təşkilatdır", - o bildirib.
Daha bir paylaşımında İ.Mask USAID-in amerikalıların vergilərini istifadə edərək bioloji silah təhqiqatları apardığını açıqlayıb:
"USAID-in SİZİN vergi vəsaitlərinizdən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silah tədqiqatlarını maliyyələşdirdiyini bilirdinizmi?".