Massimiliano Alleqri Marçello Lippiyə çatıb

Massimiliano Alleqri "Yuventus"un baş məşqçisi postunda keçirdiyi oyunların sayında Marçello Lippiyə çatıb.

Massimiliano Alleqri Marçello Lippiyə çatıb
Massimiliano Alleqri "Yuventus"un baş məşqçisi postunda keçirdiyi oyunların sayında Marçello Lippiyə çatıb.

İdman.biz xəbər verir ki, A seriyasının XXIV turunun "Udineze" ilə matçı mütəxəssisin bu postda 405-ci oyunu olub.

Alleqri və Lippi bu göstəricidə klub tarixində 2-ci yeri bölüşürlər. Mütləq rekord isə Covanni Trapattoniyə məxsusdur. Onun hesabında 596 oyun var.

Qeyd edək ki, "Yuventus" ev oyununda 0:1 hesabı ilə uduzub.