“Matrix” izləyicilərinə şad xəbər

"Warner Bros" şirkəti Hollivud ulduzu Kianu Rivzin baş rolunu canlandırdığı "Matrix" filminin növbəti seriyası üzərində işləyir.

“Matrix” izləyicilərinə şad xəbər
"Warner Bros" şirkəti Hollivud ulduzu Kianu Rivzin baş rolunu canlandırdığı "Matrix" filminin növbəti seriyası üzərində işləyir.

meqale.com axşam.az-a istinadən xəbər verir ki, ekran işinin rejissoru Dryu Qoddard olacaq. 

Franşizanın əsas ulduzları - Kianu Rivz, Kerri En-Moss və Lorens Fişbörnun öz rollarına qayıdıb-qayıtmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, "Matrix" filminin ilk hissəsi 1999-cu ildə nümayiş olunub və ekran işi dörd "Oskar" mükafatı qazanıb. 2003-cü ildə isə klassik trilogiyanı tamamlayan daha iki film izləyicilərin ixtiyarına verilib. Franşizanın ilk üç filmi qlobal kassada 1,6 milyard dollardan çox gəlir əldə edib.

2021-ci ilin dekabrında isə dördüncü "Matrix"in premyerası baş tutub. Kassada 153 milyon dollar qazanan film izləyicilər və tənqidçilər tərəfindən daha soyuq qarşılanıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun