Mbappe nə vaxt yaşıl meydanlara qayıdacaq?

İspaniyanın "Real" komandasının futbolçusu Kilian Mbappe klublararası dünya çempionatında növbəti oyunu da buraxmalı olacaq.

Mbappe nə vaxt yaşıl meydanlara qayıdacaq?
İspaniyanın "Real" komandasının futbolçusu Kilian Mbappe klublararası dünya çempionatında növbəti oyunu da buraxmalı olacaq.

meqale.com xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı hücumçunun adı qrup mərhələsinin III turunda Avstriya təmsilçisi "Zaltsburq"a qarşı matçın da iştirak ərizəsinə salınmayıb.

Fransalı forvard xəstələndiyi üçün Səudiyyə Ərəbistanın "Əl-Hilal" (1:1) və Meksikanın "Paçuka" (3:1) kollektivləri ilə görüşdə meydana çıxmayıb.