Mədəniyyət Nazirliyinin sifarişi ilə 50 min manata yeni musiqi dərslikləri hazırlanacaq
Mədəniyyət Nazirliyinin təşəbbüsü və sifarişi ilə fortepiano fənni üzrə ibtidai sinif şagirdləri üçün yeni dərsliklər hazırlanacaq.
meqale.com xəbər verir ki, nazirlik bununla bağlı "Təhsil Nəşriyyat Poliqrafiya" şirkəti ilə müqavilə bağlayıb.
Amma hazırlanacaq dərsliklərin sayı və digər detalları haqqında məlumat açıqlanmayıb.
Məlumata görə, dərsliklərin hazırlanmasına 48 500 manat vəsait sərf olunacaq.