Sürücülərə XƏBƏRDARLIQ: Bu yolda hərəkət təhlükəli olub

Qobustan rayonunda güclü qar yağışı dağ kəndlərinə gedən yolları hərəkət üçün çətinləşdirib.

Sürücülərə XƏBƏRDARLIQ: Bu yolda hərəkət təhlükəli olub
Qobustan rayonunda güclü qar yağışı dağ kəndlərinə gedən yolları hərəkət üçün çətinləşdirib.

meqale.com xəbər verir ki, xüsusilə Sündü-Xilmilli avtomobil yolunun 7 və 12-ci kilometrində buzlaşma müşahidə olunur. Bu səbəbdən bəzi sürücülər yol hərəkətində çətinliklərlə üzləşiblər.

Sürücülər hazırki yolun vəziyyətindən şikayətcildirlər. 

 "Yol qarlı və buzludur, gedib-gəlmək çətindir. Sürücülər ehtiyatlı olmalıdır".

Məsələ ilə bağlı 7 saylı Yol İstismar İdarəsinin sahə rəisi Novruz Novruzov deyib ki, yollarda yaranan çətinlikləri aradan qaldırmaq üçün tədbirlər görülür. Əraziyə ağır texnika və işçi qüvvə cəlb olunub, yol örtüyünə isə qum-duz qarışığı səpilir.