Meksika ABŞ ilə sərhədə qoşun göndərir

Meksika ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrini yerləşdirəcək.

Meksika ABŞ ilə sərhədə qoşun göndərir
Meksika ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrini yerləşdirəcək.

meqale.com report-a istinadən xəbər verir ki, bunu Meksika lideri Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında deyib.

"Meksikanın milli müdafiə naziri Rikardo Trevilya Trexo artıq ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrinin yerləşdirilməsi planını hazırlayır", - Prezident bildirib.

Şeynbaum əlavə edib ki, qoşunların sərhəd bölgələrinə göndərilməsi Meksikanın maraqlarına cavab verir.

Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, ABŞ-dən silah qaçaqmalçılığı ilə mübarizəyə kömək edəcək.