Meksikada helikopter qəzaya uğrayıb, ölənlər var

Sakit okeanda Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması üç hərbi qulluqçunun ölümü, ikisinin itkin düşməsi ilə sonuclanıb.

Meksikada helikopter qəzaya uğrayıb, ölənlər var
Sakit okeanda Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması üç hərbi qulluqçunun ölümü, ikisinin itkin düşməsi ilə sonuclanıb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə HDQ-nin press-relizində bildirilib.

Qeyd olunub ki, insident Lasaro-Kardenasadan (Miçoakan ştatı) 370 km cənub-qərbdə baş verib. Helikopterin göyərtəsində ümumilikdə səkkiz nəfər olub ki, onlardan üçü qurtarılıb.

Hadisənin səbəbi hələlik müəyyən edilməyib.

Xatırladaq ki, ötən ay Kolumbiyada helikopter qəzasında dörd polis əməkdaşı ölmüşdü.