Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma aparılır
Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın səs yazısı olduğu iddia edilən məsələ ilə bağlı araşdırma aparılacaq.
Bu barədə meqale.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
"Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır" - deyə açıqlamada qeyd olunub.