Məktəblərdə kamera görüntülərinin gizlədilməsi iddialarına aydınlıq gətirildi
Məktəblərdə kamera görüntülərinin gizlədilməsi ilə bağlı iddialara aydınlıq gətirilib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda məlumat verib.
O bildirib ki, iddia edilən kimi kamera görüntülərinin gizlədilməsi faktı vardırsa, həmin müəssisələrin rəhbərləri cəzalandırılmalıdır.
"89 saylı məktəbdə baş vermiş hadisə ilə bağlı araşdırma yekunlaşdıqdan sonra biz bu məsələni gündəmdə saxlayacağıq".
Eşqi Bağırov qeyd edib ki, agentliyin tabeliyində 6 minə yaxın müəssisə var və qısa zamanda hamısında kameraların qoşulması üçün kifayət qədər resurs yoxdur.