Mən öz puluma süni ada yaradıramsa... - Deputat

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsində qeyd olunur ki, süni torpaq sahəsi yaradılandan sonra o dövlətin mülkiyyətinə keçir.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bu süni yaradılır:

"Mən öz vəsaitim hesabına süni torpaq sahəsi, ada yaradıram. Burada məntiq haradadır ki, mənim yaratdığımı sonra dövlət deyir ki, sən onu mənim mülkiyyətimə verməlisən. Bu baxımdan bu müddəa da buradan çıxarılmalıdır".

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə qeyd edib ki, süni adalar su fondunun üzərində yaradıldığı üçün özəlləşdirilə bilməz, dövlətin hesabında olmalıdır: "Bu, dünyanın hər yerində belədir".

Qüdrət Həsənquliyev isə yenidən bu cavaba etiraz edib: