“Mən sənsiz ölmədim, məni bağışla...” - Bacısı yazdı

Millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı bacısı Kəmalə Paşayeva sosial media hesabında paylaşım edib.

“Mən sənsiz ölmədim, məni bağışla...” - Bacısı yazdı
Millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı bacısı Kəmalə Paşayeva sosial media hesabında paylaşım edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, deputatla fotosunu Ramiz Rövşənin "Ayrılıq" şeirinin məşhur misrası ilə paylaşıb:

"Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla!

"Ölmədim" deyirəm, nə bilim axı, -

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz ölmüşəm elə".