"Məni Bülənt Ərsoya bənzədirlər"
"Məni müğənni Bülənt Ərsoya bənzədirlər. Onun sənəti böyükdür. Bir az şişkinliyim olduğu üçün oxşadırlar".
meqale.com axşam.az-a istinadən bildirir ki, Əməkdar artist Rühəngiz Allahverdiyeva "Elgizlə izlə" verilişində deyib. O, sosial şəbəkələrdə tanınmış şəxslərin müzakirə edilərək təhqir olunmasına etiraz edib:
"Azərbaycanın gözəl insaları! Bəsdirin sənətkarları ortaya qoydunuz, qəlbinə dəydiniz. Onlar toylarınızda sizə şənlik, gözəllik, müsbət enerji verirlər. Sosial şəbəkədə baxıram ki, həkimindən tutmuş hamını yıxıb-sürüyürlər. Mənim nə ixtiyarım var ki, Elgizim xətrinə dəyim? Hər kəsin şəxsi həyatı var, özü bilər. İnsan nəslini analiz etsə, öz nöqsanları hamıdan çox çıxar. Birinci özünüzü düşünüb, sonra lağ edin".