“Mənim düşüncəm” adlı respublika yaradıcılıq müsabiqəsi elan olunur
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti,Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "HEYDƏR ƏLİYEV İli" çərçivəsində gənc nəsildə kreativ düşüncənin inkişafına xidmət məqsədi ilə ənənəvi "Mənim düşüncəm" adlı respublika yaradıcılıq müsabiqəsi elan olunur.
9-21 yaş arası yaradıcılıq qabiliyyəti olan şəxslər 2023-cü il oktyabr ayının 5 -dək əsərinin fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı ,təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini [email protected] ünvanına göndərməklə müsabiqəyə qatıla bilər.
Müsabiqənin sərgisi Xətai Sənət Mərkəzində Keçiriləcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, meqale.com