Mənzil elan saytları vətəndaşları necə aldadır?
Mənzil elan saytlarında yerləşdirilən elanlarda spekulativ addımlar çox müşahidə olunur.
meqale.com xəbər verir ki, bu barədə Trend-ə əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı deyib.
O qeyd edib ki, saytlarla bağlı çox nikbin danışmağa gərək yoxdur.
"Misal üçün, 2 otaqlı "Leninqrad" layihəli mənzil sahəsi 48 kvadratdır. Amma saytda yerləşdirəndə 60 kvadrat metr yazırlar. Eyni qayda yeni tikililərə də aiddir. Təklif edilən evlərin bir çoxu 2 otaqdan, hətta 1 otaqdan 3 otağa düzəldilmiş və funksionallığını itirmiş evlərdir.