Mənzildə meyiti aşkar edilən qadının kimliyi məlum oldu - yenilənib
21:52 Göyçayda mənzildə meyiti aşkar edilən qadının kimliyi məlum olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, cansız bədəni aşkarlanan qadın 1960-cı il təvəllüdlü Göyçay şəhər sakini Rəsulova Məhəbbət Əlihüseyn qızıdır.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
19:36 Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə meqale.com-a nazirlikdən xəbər verilib.
Qeyd olunub ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.