Meqana buna görə lağ etdilər
Sasseks hersoqu Harrinin həyat yoldaşı Meqan Markla it yemi istehsal etdiyi üçün lağ edilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Page Six" məlumat yayıb.
Belə ki, ötən gün argentinalı poloçu Nacho Figueras instaqram hesabında Meqan Markla məxsus "American Riviera Orchard" brendindən yeni məhsulların fotolarını yerləşdirib. Fotoların birində mürəbbə bankası, digərində isə it peçenyesi olub.
"Page Six" nəşrinin izləyiciləri Meqanı ev heyvanları üçün qida istehsal etdiyinə görə ələ salıblar.