Mərkəzi Bank bu tarixdə mühüm xəbər yayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsi üzrə növbəti qərarını 18 dekabr tarixində elan edəcək.

Mərkəzi Bank bu tarixdə mühüm xəbər yayacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsi üzrə növbəti qərarını 18 dekabr tarixində elan edəcək.

meqale.com xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul-kredit siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.

Qeyd edək ki, AMB noyabrın 1-də uçot dərəcəsini dəyişməz saxlayaraq 7,25 faiz səviyyəsində qərarlaşdırmışdı.

Faiz dəhlizinin yuxarı və aşağı hədləri də müvafiq olaraq 8,25 faiz və 6,25 faiz səviyyəsində dəyişməz qalıb.