"Mertlə sevgili olduğum üçün pul almamışam"

Menecer Ayşe Barıma qarşı aparılan istintaq çərçivəsində dindirilən aktrisa Serenay Sarıkayanın ifadəsi üzə çıxıb.

Menecer Ayşe Barıma qarşı aparılan istintaq çərçivəsində dindirilən aktrisa Serenay Sarıkayanın ifadəsi üzə çıxıb.

meqale.com xəbər verir ki, aktrisa Mert Demirlə reklam üçün yox, öz istəyi ilə sevgili olduğunu bildirib:

"Ayşe Barım tərəfindən hər hansı təzyiq və ya təhdidlərə məruz qalmamışam. Mert Dəmirlə münasibətimiz 1 il yarım davam etdi. Ayşe Barım bu münasibətlə bağlı heç bir təklif və ya göstəriş verməyib. Heç kimdən pul almamışam, yalandır. Bank hesablarımı yoxlaya bilərsiniz".