Meşə yanğınlarına görə 2 mindən çox insan təxliyə edildi
İspaniyanın Kanar adalarında meşə yanğını başlayıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Təhlükəsizlik məqsədilə iki mindən çox insan təxliyə edilib.
Yanğın şənbə günü gecə Palma adasındakı Puntagorda yaxınlığında başlayıb.
4500 hektara yaxın meşə sahəsini bürüyən yanğın indiyədək nəzarət altına alınmayıb.
Yanğın 12 evi məhv edib.