Məşhur aktrisa xərçəngdən əziyyət çəkir
"Baywatch" ("Sahil təhlükəsizliyi") serialı ilə məşhurlaşan Nikol Eqqertdə xərçəng aşkarlanıb.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa özü açıqlayıb. O, süd vəzi xərçənginin aşkarlandığını bildirib. Xəstəliyin ikinci mərhələdə olduğunu deyən Nikol müalicəyə başladığını və buna görə 11 kiloqram kökəldiyini vurğulayıb:
"12 yaşlı qızım var. Boyun əyməyəcəyəm. Bu, qalib gəlməli olduğum bir şeydir. Onun mənə hər şeydən və hər kəsdən çox ehtiyacı var".
Qeyd edək ki, Nikol adıçəkilən serialda rol alarkən 20 yaşında olub. O, həmin layihədə 4 il yer alıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun