Məşhur aktrisa xəstəxanaya düşdü - FOTO
Yeşilçamın usta adlarından olan Filiz Akın dünən axşam saatlarında xəstəxanaya yerləşdirilib.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, səs tellərində yaranan problemə görə boğazından bir parça çıxarılan Filiz Akın daha sonra qulağındakı şiş səbəbindən əməliyyat olunub.
Məşhur aktrisa xəstəxanadakı otağından paylaşım edərək səhhətilə bağlı məlumat verib.
O, bunları yazıb: "Noyabrın 10-da şiddətli öskürək, qızdırma və Covid-ə bənzər şikayətlərlə həmin gecə xəstəxanada qalmalı oldum. Ertəsi gün evə çıxdıq. Müalicəni evdə ciddi şəkildə davam etdirmək şərti qoydular. İnşallah bu gün yoxlamalarda 'Sağalma yolundasınız' deyəcəklər" deyib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun