Məşhur aktyor sərxoş halda avtomobil idarə etdi - Qəzaya düşdü - FOTO

Məşhur türkiyəli  aktyor Erkan Can Ümraniyedə sərxoş halda avtomobil idarə edərkən qəza törədib.

Məşhur aktyor sərxoş halda avtomobil idarə etdi - Qəzaya düşdü - FOTO
Məşhur türkiyəli  aktyor Erkan Can Ümraniyedə sərxoş halda avtomobil idarə edərkən qəza törədib.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Erkan Can Ümraniyedə sərxoş halda avtomobil idarə edərkən qəza törədib. Qəzadan xəsarət almadan sağ çıxan Canda yol polisi yoxlaması zamanı 236 promil spirti aşkarlanıb.

Qəzadan sonra telefona çəkilən görüntülərdə Erkan Can "İçkiliyəm, qanunu qəbul edirəm, təşəkkürlər" deyib.

Qəzadan sonra ciddi zədələnmiş avtomobil evakuator vasitəsilə çıxarılıb, Erkan Canın sürücülük vəsiqəsi müvəqqəti olaraq götürülüb.