Məşhur aktyorun ölüm səbəbi məlum oldu

Məşhur aktyor Metyu Perri ketaminin kəskin təsiri nəticəsində ölüb.

Məşhur aktyorun ölüm səbəbi məlum oldu
Məşhur aktyor Metyu Perri ketaminin kəskin təsiri nəticəsində ölüb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı Los-Anceles məhkəmə-tibbi komissiya idarəsinin rəyinə istinadən məlumat yayıb.

Aktyorun qanında aşkarlanan yüksək səviyyədə ketamin onun ürək-damar həddindən artıq oyanıqlığı və nəfəs darlığı səbəbindən öldüyündən xəbər verir.

Qeyd edək ki, 54 yaşlı aktyor depressiya və həyəcandan müalicə alırdı. Oktyabrın 28-də Metyu Perri Kaliforniyadakı evində ölü tapılıb. Aktyor daha çox dünya şöhrətli "Dostlar" (Friends) serialındakı roluna görə tanınırdı.