Məşhur aparıcı üçüncü dəfə ailə qurdu - VİDEO - FOTO
Türkiyəli aparıcı Burcu Esmersoy üçüncü dəfə ailə qurub.
meqale.com axşam.az-a istinadən bildirir ki, o, bu gün Nazım Akmandillə nikah masasına əyləşib. Toy İtaliyanın Apuliya bölgəsində baş tutub.
Xatırladaq ki, Burcu daha əvvəl 3 gün toy edəcəyini, 5 gəlinlik geyinəcəyini, mərasimlərin İtaliya ilə yanaşı İstanbul və Bodrumda da keçiriləcəyini açıqlamışdı.
Qeyd edək ki, Burcu 2019-cu ildə iş adamı Berk Suyabatmazdan boşanıb.