Məşhur bank bu sözlərə görə işçisini qovdu - FOTO

İsrail-Fələstin münaqişəsi ilə bağlı paylaşım edən bank işçisi işdən qovulub.

Məşhur bank bu sözlərə görə işçisini qovdu - FOTO
İsrail-Fələstin münaqişəsi ilə bağlı paylaşım edən bank işçisi işdən qovulub.

meqale.com xarici mətbuata istinadla xəbər verir ki, Nyu Yorkun Birinci Milli Şəhər Bankı olan "Citibank" İsrail-Fələstin münaqişəsindən yazan işçisini vəzifəsindən azad edib.

İsrailin xəstəxananı bombalamasından sonra Fələstinə haqq verən, yəhudilərlə bağlı tənqidi paylaşım edən 25 yaşlı Nozima Husainova işdən çıxarılıb.

Qeyd edək ki, İsrail ordusu raket zərbəsi ilə Qəzzada xəstəxana binasını vurub. Hücum nəticəsində 1000-ə yaxın insanın həlak olduğu bildirilir. Fələstin Prezidenti Mahmud Abbas İsrailin xəstəxanaya endirdiyi hava zərbələri nəticəsində ölənlər üçün üç günlük matəm elan edib. Fələstində matəm əlaməti olaraq bayraqlar endirilib.