Məşhur çips məhsulunda uyğunsuzluq tapıldı - Yığışdırılır - FOTO

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mononatrium qlütamat (E 621) − qida əlavəsi ilə bağlı keçirilən monitorinqlər çərçivəsində 29 yerli istehsal müəssisəsində müxtəlif məhsuldan 45 nümunə götürülərək laborator müayinələrə cəlb olunub.

Məşhur çips məhsulunda uyğunsuzluq tapıldı - Yığışdırılır - FOTO
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mononatrium qlütamat (E 621) − qida əlavəsi ilə bağlı keçirilən monitorinqlər çərçivəsində 29 yerli istehsal müəssisəsində müxtəlif məhsuldan 45 nümunə götürülərək laborator müayinələrə cəlb olunub.

Bu barədə meqale.com-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Sınaq nəticəsində "Rekord-2022" MMC-yə məxsus 1 nümunədə ("Rekord" əmtəə nişanlı 03.08.2025-03.02.2026 istehsal və son istifadə tarixli məhsul partiyası) və "Qəbələ Konserv Zavodu" MMC-yə məxsus 2 nümunədə ("Chipsim Kabab" əmtəə nişanlı 19.08.2025-19.04.2026 istehsal və son istifadə tarixli, "Chipsim Tomat" əmtəə nişanlı 07.08.2025-07.04.2026 istehsal və son istifadə tarixli məhsul partiyalarında) qida əlavəsinin normadan artıq olduğu müəyyən edilib. Aşkar edilmiş uyğunsuzluqla əlaqədar istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun zəruri tədbirlər görülərək, qeyd olunan istehsal tarixli məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağrılması və yığışdırılmasına dair müvafiq qərar qəbul olunub.

Qeyd edək ki, mononatrium qlütamat yeməklərin dadını gücləndirmək üçün istifadə olunan qida əlavəsidir. Bu maddə qlütamat turşusunun natrium duzudur və emal olunmuş qidaların etiketlərində "E621" və ya "monosodium glutamate" kimi qeyd edilir. Qida sənayesində əsasən kolbasa, sosiska, hazır şorbalar, "fast food", çips və konservlərdə geniş istifadə olunur. Yol verilən həddən artıq qəbulu insanlarda allergik reaksiyalar, nevroloji təsirlər yarada bilər. Beynəlxalq təşkilatlar bu maddənin normal miqdarda istifadəsinin təhlükəsiz olduğunu bildirir. Ancaq gündə 3-5 qram və daha çox qəbul etdikdə bəzi insanlarda allergik reaksiyalar yarana bilər.