Məşhur idmançı və deputat islam dinini qəbul etdi

Qarışıq stil döyüşçüsü (MMA) Ceff Monson islamı qəbul edib.

Məşhur idmançı və deputat islam dinini qəbul etdi
Qarışıq stil döyüşçüsü (MMA) Ceff Monson islamı qəbul edib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a idmançı özü məlumat verib.

Monson çərşənbə günü Moskvada şəhadəti (kəlimeyi-şəhadət - red.) dilə gətirib..

"Mən islamı şüurlu şəkildə qəbul edirəm. Bu çətin zamanda qardaşlarımla çiyin-çiyinə dayanmaq istəyirəm. Bu barədə çox düşünmüşəm, lakin bu, həlledici addımdır", - Monson deyib.

Monsonun 53 yaşı var və 60 qələbə, 26 məğlubiyyət və 1 heç-heçə rekorduna malikdir.

Monson 2018-ci ildə ABŞ vətəndaşlığından imtina edib, Rusiya Federasiyasının vətəndaşı olub. 2023-cü ilin sentyabrında Vahid Rusiya Partiyasından Başqırdıstan Dövlət Məclisinə deputat seçilib.