Məşhur iş adamı gəmi qəzasında itkin düşdü
Britaniyalı məşhur iş adamı Maykl Linç İtaliyanın Siciliya sahillərində yelkənli gəmi qəzası nəticəsində itkin düşüb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
Məlumata görə, göyərtəsində 22 nəfərin olduğu 56 metr uzunluğunda olan Bayesian gəmisi avqustun 19-da səhər saatlarında Palermo şəhəri yaxınlığında batıb.
Qeyd edək ki, Linç 2011-ci ildə Amerika nəhəngi "Hewlett-Packard" tərəfindən 11,7 milyard dollara alınmış "Autonomy" texnologiya şirkətinin yaradıcılarından biridir.