Məşhur mineral su brendi yoxa çıxmaq üzrədir - FOTO
Məşhur Fransa mineral su brendi Perrier müflis olmaq üzrədir.
meqale.com xəbər verir ki, buna səbəb suyun keyfiyyətinin getdikcə pisləşməsidir.
Fransanın ARS agentliyi zavodda inspeksiyadan sonra suda virusoloji riskin olduğunu bildirib.
Perrier Nestleyə məxsusdur, ARS onlara suyun istehsalını dayandırmağı tövsiyə edib.
Əgər tədbirlər nəticə verməzsə, növbəti ildə mədəndən su götürüb qablaşdırma lisenziyası uzadılmaya bilər.