Məşhur müğənni ərinə xəyanətindən danışdı - Özümə cavan oğlan tapdım
Rusiyalı tanınmış müğənni Slava əri ilə iki dəfə boşanmasının səbəbilərindən danışıb.
meqale.com lente istinadən bildirir ki, müğənni birinci boşanmaları zamanı gənc bir oğlana aşiq olduğu üçün ondan soyuduğunu deyib.
"Mən özümə gənc bir oğlan tapdım. O da klubdakı qızlarla əylənirdi. O da özünə cavan bir sarsaq qız tapdı. Bu 12 il öncə oldu. Biz ayrıldıq. Sonra yenə barışdıq. 6 ay öncə onun ağlını başından yenə qızlar aldı. Mənim xəyanətə vaxtım yox idi, o isə bekar idi deyə qızlarla əylənirdi. Biz ikimiz də axmağıq, düzələn deyilik. Yenidən barışdıq, məzaracan birlikdı olacağıq",- deyə Slava bildirib.
Qeyd edək ki, o, 20 ildir biznesmen Anton Danilitski ilə birlikdədir.