Məşhur müğənninin xəstəxanadan görüntüləri yayıldı - VİDEO - FOTO

Şairə Nazilə Səfərli bir neçə gün əvvəl əməliyyat olunan müğənni Şəbnəm Tovuzlunu ziyarət edib.

Məşhur müğənninin xəstəxanadan görüntüləri yayıldı - VİDEO - FOTO
Şairə Nazilə Səfərli bir neçə gün əvvəl əməliyyat olunan müğənni Şəbnəm Tovuzlunu ziyarət edib.

meqale.com publika.az-a istinadən xəbər verir ki, instaqramda xəstəxanadan video paylaşan Nazilə Səfərli rəfiqəsinin hazırda özünü yaxşı hiss etdiyini deyib və "Yastığın yüngül olsun şirinim. Biz səninlə ən çətin yolları keçmişik. Bunu da aşarıq inşallah" sözlərini yazıb.

Məlumat üçün bildirək ki, sənətçi uzun müddətdir səhhətində olan problemi aradan qaldırıb.

"Çoxları bilirdi ki, uzun müddətdir qolumun altında xoşagəlməz vəz var idi. Onu götüzdürdüm. Hər şey yaxşıdır. Sabah xəstəxanadan evə buraxılacağam", - Şəbnəm Tovuzlu əməliyyatı ilə bağlı açıqlamasında deyib.