Məşhur musiqiçinin səhhəti yaxşılaşıb

Səhhətində problemlə əlaqədar xəstəxanaya yerləşdirilən rusiyalı məşhur musiqiçi və bəstəkar İqor Nikolayev özünə gəlib.

Məşhur musiqiçinin səhhəti yaxşılaşıb
Səhhətində problemlə əlaqədar xəstəxanaya yerləşdirilən rusiyalı məşhur musiqiçi və bəstəkar İqor Nikolayev özünə gəlib.

meqale.com oxuya istinadən bildirir ki, ürək problemi ilə üzləşən sənətçinin həkimlər vəziyyətini stabilləşdirə biliblər.

Musiqiçinin tam sağalması haqqında danışmaq hələ tezdir. Bununla belə, həkimlər artıq müsbət proqnozlar verirlər.

Qeyd edək ki, Nikolayev sentyabrın 15-də ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiyaya köçürülüb.