Məşhur reperdən qadın pərəstişkarına gözlənilməz hərəkət - FOTOlar
Amerikalı reper pərəstişkarını səhnədən atıb.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, Los-Ancelesdə konsert verən reper Blueface sevgilisinə buz atan qadın pərəstişkarını səhnədən atıb.
Reperin itələməsindən sonra yerə yıxılan qadın təhlükəsizlik qüvvələri tərəfindən məkandan çıxarılıb.
Hadisədən sonra qadının polisə müraciət edib-etmədiyi məlum deyil.
Xatırladaq ki, 26 yaşlı Blueface 2022-ci ilin noyabrında Las-Veqasda striptiz klubunda qarışdığı insidentdə qəsdən xəsarət yetirdiyinə görə hələ də mühakimə olunur.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun