Messi ilk klubu ilə üz-üzə

Amerikanın "İnter Mayami" komandası Argentina təmsilçisi "Nyuells Old Boyz" ilə yoldaşlıq oyunu keçirməyə razılaşıb. 

Messi ilk klubu ilə üz-üzə
Amerikanın "İnter Mayami" komandası Argentina təmsilçisi "Nyuells Old Boyz" ilə yoldaşlıq oyunu keçirməyə razılaşıb. 

meqale.com fanat.az-a istinadən xəbər verir ki, bu barədə Florida təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Sınaq görüşü fevralın 15-də Mayamidə baş tutacaq. 

Xatırladaq ki, "Nyuells Old Boyz" argentinalı hücumçu Lionel Messinin karyerasında ilk klubdur. O, 1994-2000-ci illərdə gənclər komandasında çıxış edib, sonra "Barselona"ya keçib.

Messi bu yaydan "İnter Mayami"nin futbolçusudur. Tərəflər arasında hazırki müqavilənin müddəti 2025-ci ilin sonuna kimi hesablanıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun