Messi imzalı formasını Zalujnıya göndərdi - FOTO
"İnter Mayami" klubunun argentinalı ulduzu Lionel Messi imzalı formasını Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnıya göndərib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə ukraynalı messenat Yuri Sapronov özünün Feysbuk səhifəsində məlumat verib.
Sapronov bildirib ki, Mayamidə olarkən ukraynalı futbolçu Sergey Krivtsovun köməyi ilə klubun məşqinə qatılıb və Messi ilə görüşüb.