Messinin yeni klubu
"Qızıl top"un 8 qat sahibi Lionel Messi "İnter Mayami"ni tərk edə bilər.
meqale.com xəbər verir ki, jurnalist Flavio Azzaronun sözlərinə görə, "Barselona"nın keçmiş forvardı Argentina çempionatından "Nyuells Old Boyz" klubuna keçməyə qərar verib.
Məlumata əsasən, transfer 2025-ci ilin dekabrında baş tutacaq.
Daha əvvəl Messi özü karyerasını futbola başladığı klubda bitirmək istədiyini bildirmişdi.
Qeyd edək ki, "Real Madrid"in sabiq qapıçısı Keylor Navas da bu ilin yanvar ayından etibarən həmin klubda çıxış edir.