Məsut Özil şəhid Elgün Quliyevin evində - VİDEO
Azərbaycanda səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Məsut Özil Vətən müharibəsi şəhidi Elgün Quliyevin ailəsində olub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Elgün Quliyev 2020-ci ilin sentyabrın 29-da könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. Noyabrın 9-da-müharibənin sonuncu günündə Şuşada şəhid olub.