Metroda qatarlar toqquşdu - YARALILAR VAR
Honq-Konq metrosunda iki qatar toqquşub.
meqale.com report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 25 nəfər xəsarət alıb.
Radiostansiyanın məlumatına görə, toqquşma nəticəsində yaralanan 3 nəfərin vəziyyəti ağırdır.
Bütün sərnişinlər təxliyə edilib. Hadisənin səbəbləri müəyyənləşdirilir.