Metrodan istifadə edənlərə ŞAD XƏBƏR - 10 yeni stansiya...
Metronun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və "Bakı Metropoliteni"nin Müşahidə Şurası tərəfindən təsdiq edilib.
meqale.com APA-ya istinadən bildirir ki, bunu Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov deyib.
O bildirib ki, tikinti planında minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metro stansiyasının tikintisi layihəsinə üstünlük verilib.