“Metropark”a partlayıcı qoyulması ilə bağlı həyəcan - VİDEO - YENİLƏNDİ
"Metropark" Ticarət mərkəzinə partlayıcı qoyulması ilə bağlı həyəcan siqnalı verilib.
meqale.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Bildirilib ki, araşdırma zamanı ticarət mərkəzində partlayıcı olması təsdiqini tapmayıb. Yalan məlumat verərək vətəndaşlara həyəcan yaşadan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
--------
19:10
Paytaxtın Nərimanov rayonunda yerləşən "Metropark" ticarət mərkəzindən insanlar təcili təxliyyə olunur.