Meyitdən ürək köçürülən şəxsin vəziyyəti AÇIQLANDI
Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürək transplantasiyası icra olunub.
meqale.com xəbər verir ki, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
Onun sözlərinə görə, əməliyyat olunan 19 yaşlı şəxs artıq evə buraxılıb:
"Vəziyyəti hazırda kafidir. 1,3 və 6 ay tamamında və ildə 1 dəfə xəstə haqqında məlumatlar öyrənilir və vəziyyəti təqib edilir".