Milan moda həftəsində modellərin üzərinə zibil atdılar – VİDEO
Milan moda həftəsində gözlənilməz hadisə baş verib.
meqale.com bizim.media-ya istinadən bildirir ki, "AVAVAV" markasının 2024-cü il payız-qış kolleksiyasının təqdimatında səhnəyə çıxan modellərin üzərinə zibil atılıb.
Sözügedən olay isə şounun bir hissəsi olub. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra müzakirə obyektinə çevrilib. İzləyicilər moda təqdimatı ilə bağlı ""Bu "zibil" şousu sürətli moda istehlakına və sosial medianın zəhərli dillərinə işarədir", "Yeni bir yaradıcılıq forması", "Yeni mövsüm paltarlarını atmaq nə dərəcədə məntiqlidir?" "Artıq dəbdə olan budurmu?"" fikirlər səsləndiriblər. Bu təqdimat həm də brendin sosial mediada pulsuz reklamını təmin edib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun