Milli məkan məlumatlarının monitorinqi qaydası təsdiqləndi
Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi qaydası təsdiqlənib.
meqale.com xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi "Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi Qaydası"na uyğun olaraq milli məkan məlumatlarının monitorinqini aparmalıdır.