Milli Qəhrəmanın atası vəfat etdi - FOTO
Azəbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Naiq Yusifovun atası Nəsir Yusifov 93 yaşında vəfat edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, mərhum sabah Tovuz rayonunun Ağdam kəndində dəfn olunacaq.
Qeyd edək ki, N. Yusifov 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində doğulub. O, 1990-cı ildə yerli özünümüdafiə dəstəsinə üzv yazılıb. 1992-ci il 24 martda Tovuz rayonunun Koxa - Nəbi kəndində gedən gərgin döyüşdən sonra N.Yusifov özü ilə yanaşı, döyüş yoldaşlarını da xilas etməyə cəhd göstərir. O, düşmənə ələ keçməmək üçün əlindəki qumbaranı sinəsinə sıxaraq qəhrəmancasına həlak olur.