Milli Xalça Muzeyində “Opera Forumu” keçirilib - FOTO

"Opera Günləri" layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində "Opera Forumu" keçirilib

Milli Xalça Muzeyində “Opera Forumu” keçirilib - FOTO
"Opera Günləri" layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində "Opera Forumu" keçirilib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının ölkəmizdə ilk dəfə təqdim etdiyi "Opera Günləri" layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində "Opera Forumu" keçirilib. Azərbaycan Bəstəkarlar İttiqfaqının üzvlərinin iştirakı ilə baş tutan Forumda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı "Azərbaycan opera sənətinin inkişafı", sənətşünaslıq üzrə elmlər doktoru, dosent, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Leyla Zöhrabova "Üzeyir Hacıbəyli "Leyli və Məcnun"dan "Koroğlu"ya gedən yol", sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva "Firəngiz Əlizadənin "İntizar" operasında vətənpərvərliyin tərənnümü", Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist Əyyub Quliyev "Opera sənətində dirijorluq ənənələri" adlı məruzələrlə çıxış ediblər.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutan "Opera Forumu"nda fikir mübadilələri və maraqlı müzakirələr aparılıb.