Millidə oruc tutan ilk futbolçu olacaq

Lamin Yamal İspaniya milli komandasının oyunları zamanı oruc tutan ilk futbolçu kimi tarixə keçəcək.

Millidə oruc tutan ilk futbolçu olacaq
Lamin Yamal İspaniya milli komandasının oyunları zamanı oruc tutan ilk futbolçu kimi tarixə keçəcək.

meqale.com xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi 2024-cü ilin Ramazan ayında millinin düşərgəsində olsa da, oruc tutmayıb.

İspaniya komandasının daha əvvəl Ramazan bayramını qeyd edən Adama Traore, Munir El-Haddadi və Ansu Fati kimi futbolçuları olub, lakin yığmanın oyunları orucluq ayı ilə üst-üstə düşməyib.

Qeyd edək ki, İspaniya martın 20-də və martın 23-də UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Niderlandla qarşılaşacaq. /Teleqraf