Millimiz Belçikanı qəbul edəcək - AFİŞA

Azərbaycan futbol millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Millimiz Belçikanı qəbul edəcək - AFİŞA
Azərbaycan futbol millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.

meqale.com Trend-ə istinadən bildirir ki, yığma V tur çərçivəsində Belçika ilə üz-üzə gələcək.

Qrupun favoriti ilə qarşılaşma "Dalğa Arena"da baş tutacaq. İlk üç oyununda hesabına cəmi 1 xal yazdıran Canni De Byazinin kollektivinin şansı o qədər də yüksək qiymətləndirilmir. FİFA reytinqində 5-ci pillədə qərarlaşan belçikalılar Bakıya kifayət qədər ciddi itkilərlə gəlmələrinə baxmayaraq, oyunun favoriti hesab olunurlar.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya seçməsi ilə yoldaşlıq görüşü keçirəcək.

AVRO-2024-ün seçmə mərhələsi V tur F qrupu 17:00. Azərbaycan - Belçika Baş hakim: Nenad Minakoviç (Serbiya) Bakı, "Dalğa Arena"

Xal durumu: Avstriya - 10 (4 oyun), Belçika - 7 (3), İsveç - 3 (3), Estoniya - 1 (3), Azərbaycan - 1 (3)